ABŞ Britaniyadakı bütün B-1 bombardmançılarını çıxardı
ABŞ Britaniyadakı “Fairford” aviabazasında yerləşən bütün B-1 bombardmançılarını ölkə ərazisindəki bazalara geri köçürüb.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
Məlumata görə, bombardmançı təyyarələr ABŞ-dakı hərbi bazalara yerləşdirilib. Bununla belə, onların döyüş hazırlığı vəziyyətini qoruduğu bildirilib.
Qeyd edək ki, Britaniya polisi sentyabrın 27-də “Fairford” aviabazasının yaxınlığında “böyük insident” baş verdiyini açıqlamışdı.
Polis həmin hadisə ilə əlaqədar beş Britaniya vətəndaşını terror fəaliyyəti və partlayıcı maddələrlə əlaqəli cinayətlərdə şübhəli bilinərək saxlayıb.
ABŞ-nin B-1 bombardmançılarını aviabazadan çıxarmasının həmin insidentlə birbaşa əlaqəli olub-olmadığı açıqlanmayıb.
09:39 05.10.2026
Oxunuş sayı: 49