20 min rusiyalı Gürcüstana keçdi iddiasını Tbilisi təkzib etdi
Gürcüstan Daxili İşlər Nazirliyi bir sutka ərzində Yuxarı Lars sərhəd-keçid məntəqəsindən 20 min Rusiya vətəndaşının keçməsi barədə yayılan məlumatları təkzib edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində Yuxarı Lars keçid məntəqəsindən Gürcüstana müxtəlif ölkələrin 7 880 vətəndaşı daxil olub.
Eyni müddətdə 8 406 nəfər Gürcüstandan çıxıb.
18:58 19.08.2026
Oxunuş sayı: 50