Elm və təhsil

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna dünyada ətraf mühit komponentlərinin mühafizəsi, mövcud ekoloji problemlərin həllində mütərəqqi metodların tətbiqinə dair nəşrlər daxil edilib.

Crossmedia.az xəbər verir ki, “Yaşıl kimya və onun inkişaf perspektivləri”, “Yeni nəsil iqtisadiyyat: rəqəmsallaşma və inkişaf”, “Plastik tullantılar və ətraf mühit”, “Daşqınlar və ətraf mühit”, “Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” və “Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” MEK-in fonduna daxil edilən yeni nəşrlərdir.

MEK-in fondlarında olan nəşrlərdən onlayn istifadə etmək istəyən oxucular kitabxananın saytındakı E-xidmətlər bölməsindəki e-kitabxanaya daxil ola bilərlər.

 

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il