Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda orta illik inflyasiyanın bu il 2023-cü ildəki 8,8 %-dən 3,5 %-ə qədər azalacağını proqnozlaşdırır.
Mövzu ilə bağlı iqtisadçı ekspert Emin Qəribli Crossmedia.az-a açıqlama verib:
“Bu il hökumətin proqnozlarına nəzər salsaq, inflyasiyanın 5 faizdən aşağı salınaraq minimuma endirildiyini görərik. Prinsip etibarilə, post-pandemiya dövründən etibarən dünyanın əsas problemlərindən biri yüksək inflyasiya olub. Ölkələr bu problemin həlli üçün müxtəlif alətlərdən istifadə edirdilər ki, inflyasiyanın qarşısını alsınlar. Ölkəmizdə əvvəlki illərdə inflyasiya səviyyəsi 8 faiz idi. İndi görülən tədbirlər isə öz nəticəsini verməkdədir. Ümid edirik ki, bundan sonra Mərkəzi Bankın addımları ilə uçot dərəcəsi aşağı endiriləcək və bu proses real iqtisadiyyatın inkişafını təmin edəcək addım olacaq”.
Bahar Musayeva