Gündəm

Azərbaycan ictimaiyyətini bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırırıq.

Crossmedia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, vətəndaşlarımız bələdiyyə seçkilərinə ciddi yanaşsınlar: “Namizədliklərini irəli sürmək istəyən vətəndaşlarımız namizəd kimi, səs vermək istəyən vətəndaşlarımız seçici kimi səsvermənin keçirilməsini çox fəal həyata keçirsinlər. Çox arzu edərdik ki, gənclər və qadınlar bu seçkilərdə namizəd kimi iştirak etsinlər. Nə qədər xanım bələdiyyə üzvü olsa, o bələdiyyələr daha yüksək səviyyədə olar. Azərbaycan xanımlarının seçkili orqanlarda sayının üstünlük təşkil etməsi bizim çoxdankı gözləntimizdir. Ötən parlament seçkilərində əvvəlki seçkilərlə müqayisədə xeyli sayda qadınlar seçildi. Qadınları və gəncləri həm də seçici kimi fəal iştirak etməyə çağırıram”.

Qeyd edək ki, sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il