Avropa Parlamenti yenidən sədr vəzifəsinə seçilən Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, qərarı 688 deputatdan 370-i dəstəkləyib, 282-si əleyhinə, 36-sı bitərəf qalıb.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi vəzifəsinə Kaja Kallasın namizədliyi də təsdiqlənib. Avropa Şurası tərəfindən rəsmi təsdiqdən sonra yeni Avropa Komissiyası dekabrın 1-də işə başlayacaq.
Gültac Mehdizadə