COP29 çərçivəsində İçərişəhər və Qala qoruqlarında fəaliyyət göstərən muzeylər, mədəniyyət ocaqları və turizm yerləri 12 mindən artıq yerli və xarici turist tərəfindən ziyarət edilib.
Crossmedia.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, xarici ölkələrdən olan ziyarətçilər arasında Rusiya, Çin və Hindistan vətəndaşları üstünlük təşkil edib.
UNESCO-nun dünya əhəmiyyətli tarixi abidələr siyahısında olan Qız qalası və Şirvanşahlar Sarayı, o cümlədən Sıratağlı Dini-Memarlıq Kompleksi, Bəylər məscidi və Yeraltı hamam da bu siyahıya daxildir.
Qala Qoruğunda qonaqlar Abşeronun qədim tarixi və memarlıq abidələri ilə tanış olub, burada fəaliyyət göstərən “Tullantıdan Sənətə” muzeyi və “Qurama” sərgisinə də maraq göstəriblər.