Milli Hidrometeorologiya Xidməti noyabrın 28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Crossmedia.az xəbər verir ki, xidmətdən verilən məlumata görə, Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Kəlbəcər, Mingəçevir, Gədəbəy, Goranboy, Samux, Şəmkir, Naftalan, Şəki, Oğuzda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.