Türk Dövlətlər Təşkilatına (TDT) tabe olan müxtəlif qurumları var və onlar mütəmadi tədbirlər keçirirlər. Bunlardan biri də diaspor məsələləri üzrə aidiyyatı qurumların rəhbərlərinin toplantılarıdır.
Mövzu ilə bağlı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, dosent Faiq Ələkbərli Crossmedia.az-a açıqlama verib və bildirib ki, TDT üzvlərinin birgə hərəkət etməsi təqdirəlayiqdir. O bildirib ki, TDT daxilində üzvlərin, təmsilçilərin və müşahidəçilərin yekdil mövqedən çıxış etməsi zəruridir.
Onun sözlərinə görə xüsusilə türk dünyası ilə bağlı önəmli məsələlərə zamanında reaksiya verilməsi əhəmiyyətlidir: "Zaman-zaman Türkiyəyə, Qazaxıstana, Azərbaycana və digər türk dövlətlərinə hücumlar olunur, ya da “erməni soyqırımı” məsələsi gündəmə gətirilir. Bu məsələlərdə TDT və onların diasporlarının yekdil hərəkəti çox şeyi dəyişir".
Faiq Ələkbərli görüşün perspektivlərindən də danışıb: “Bu kimi görüşləri müsbət qiymətləndiririk. TDT üzvləri bir-birləri ilə əlaqəli hərəkət etməlidir və özlərini güc kimi ortaya qoymalıdırlar. Perspektivdə diasporların səylərinin daha da artması gözlənilir. Azərbaycan və Türkiyə timsalında müəyyən uğurlar var. Digər türk dövlətlərinin də səylərini birləşdirməsi vacibdir”.
Bahar Musayeva