Qazaxıstan Milli Fondu ikinci dərəcəli bankların dəstəklənməsi nəticəsində 2 trilyon təngə (3,9 milyard dollar) zərər çəkib.
Crossmedia.az xəbər verir ki, Milli Bankın rəhbəri Timur Süleymenovun sözlərinə görə, itkilər dövlət yardımı çərçivəsində aşağı faizli bank istiqrazlarının alınması ilə bağlıdır.
2022-ci ildən etibarən Milli Fondun vəsaitlərinin idarə edilməsi qaydaları dəyişib: indi investisiyaların yalnız orta müddətli inflyasiya (10-12%) səviyyəsində olan alətlərə qoyulmasına icazə verilir.
Gültac Mehdizadə