Sağlamlıq

Fobiyalar arasında ən çox yayılmış və davamlı olan zoofobiya - heyvan fobiyasıdır. Heyvan fobiyası heyvanlardan güclü, idarəolunmaz qorxudur. Uşaqlıq dövründə ortaya çıxan bu xəstəlik, həyat boyu insan üçün çətinliklərə səbəb olur.

Mövzuyla bağlı daha ətraflı Psixoloq Gülnar Orucova Crossmedia.az-a açıqlama verib. Psixoloq qeyd edir ki, zoofobiyanın təməlində valideynlərin davranışı dayanır:

"Zoofobiya psixonevrotik xəstəlikdir. Əsas təməlində valideynlərin davranışı dayanır. Valideyn özü heyvanları sevmir və ya  övladına heyvanlardan xəstəlik yoluxmasından qorxur".

Psixoloq bilidirir ki, zoofobiya dərmanlarla tam müalicə olunmur: 

"Zoofobiyanı psixoloq və ya mütəxəssis  tam müalicə edə bilər. Öncə fobiya  fotoşəkillərlə başa salınır, sonra zərər verməyən heyvanlarla təmas qurulur. Zamanla, uşaq böyüdükcə bu qorxu aradan qalxır".

Gülnar Orucova onu da qeyd edir ki, valideynlər uşaqlarda heyvanlara qarşı mərhəmət hissi formalaşdırmalıdırlar:

"Xarici ölkələrdə bir çox ailələrdə valideynlər ev heyvanı alırlar. Uşaqlar həmin heyvanları sevir, yemək və su verir, onların qayğısına qalırlar. Nəticədə uşaqlarda heyvanlara qaşı sevgi, mərhəmət hissi formalaşır. Bizdə bəzi valideynlər övladlarına küçədəki heyvana toxunmağa belə icazə vermirlər. Düşünürlər ki, heyvanlardan xəstəliklər keçər. "İt səni dişləyər, yaxınlaşma", "Pişik səni cırmaqlayacaq, getmə"  ifadələri işlədilməməlidir. Heyvanlara hər zaman xoş münasibət göstərilməlidir. Valideyn heyvanlara xoş münasibət göstərirsə, uşaqlar da onların etdiklərinə uyğun davranacaq və onlara qayğı göstərəcəklər".

Zeynəb Mustafazadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il