İqtisadiyyat

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda orta illik inflyasiyanın bu il 2023-cü ildəki 8,8 %-dən 3,5 %-ə qədər azalacağını proqnozlaşdırır.

Bu barədə Crossmedia.az bankın hesabatına istinadən xəbər verir.

EBRD-nin proqnozlarına görə, Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-yə nisbətinin ötən ildəki 9,9 % qarşı 2024-cü ilin yekunlarına dair 8,5 % təşkil edəcək.

Bank Azərbaycandakı cari makroiqtisadi mühitə toxunaraq qeyd edir ki, 2024-cü ildə ÜDM-in artım tempi sürətlənib, inflyasiya isə yavaşlayıb. Neft-qaz sektoru “mavi yanacağa” olan güclü tələbat sayəsində artım trayektoriyasına qayıdıb. "İnflyasiya Mərkəzi Bankın hədəf diapazonu həddində (4+/-2) qalır", - EBRD qeyd edib.

Bildirilir ki, enerji daşıyıcılarının ixracı və dövlət investisiyaları növbəti illərdə ölkənin ÜDM artımını stimullaşdırmağa davam edəcək.

"Bizim qiymətləndirmələrimizə görə, Azərbaycanda real ÜDM artımı 2024-cü ildə 3,8 %, 2025-ci ildə isə 2,7 % təşkil edəcək. Proqnoz neft və qaz qiymətlərinin dəyişməsinə, həmçinin regionda geosiyasi qeyri-sabitliyə qarşı çox həssasdır", - hesabatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2024-cü ildə ÜDM artımını 4,2 %, 2025-ci ildə isə 3,5 % səviyyəsində proqnozlaşdırır. Orta illik inflyasiya proqnozu müvafiq olaraq 2,7 % və 4,6 % təşkil edir.

Azərbaycan iqtisadiyyatı 2023-cü ildə 1,1 % artıb, orta illik inflyasiya 8,8 % səviyyəsində olub.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il