İsrail-Livan atəşkəs razılaşması ABŞ və Fransanın birgə təşəbbüsü ilə qüvvəyə minib.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, saziş noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.
Qeyd edək ki, sənəddə Livan hərbi birləşmələrinin bütün ölkə sərhədləri və keçidlər boyunca mərhələli şəkildə yerləşdirilməsini nəzərdə tutur.
Məlumatda bildirilib ki, İsrail öz növbəsində növbəti 60 gün ərzində qoşunlarını tədricən İsrail-Livan sərhədinə geri çəkməlidir.
Nəzrin Salmanova