Yaxın şərq

ABŞ və Fransa Hizbullah ilə İsrail arasında atəşkəslə bağlı razılaşma əldə etməyə çalışır. Fransa Prezident Administrasiyası Livanda atəşkəs müzakirələrində əhəmiyyətli irəliləyişin olduğunu və bu istiqamətdə ABŞ-la birgə işlərin davam etdirildiyini bildirib. Bəyanatda tərəflərin fürsətdən tezliklə yararlanacağına ümid ifadə olunub.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, Yaxın Şərqdə sülhün bərqərar olması üçün addımlar çoxdan atılmalı idi:

Zaur Məmmədov: “Suriyada yeni vəziyyətin yaranmasının şahidi oluruq”

“Lakin digər qüvvələrin fəaliyyəti sayəsində nəticələrin nədən ibarət olduğunu gördük. İsrail-Fələstin, İsrail-Livan, İsrail-İordaniya, İsrail-Suriya arasında baş verənlərə nəzər yetirsək görərik ki, əslində öz maraqlarını əsas tutan ölkələr Livan məsələsi ilə bağlı bəyanatlarını İsrail ordusunun Livana daxil olmasından sonra qəbul ediblər. İsrailin Livanda irəliləməsi Fransanın maraqlarına cavab vermir. Fransa bu vəziyyətin dəyişməsinin tərəfdarıdır. Burada həm yollar və kommunikasiyalar üzərində, həm də Yaxın Şərqdə tərəflər nisbətinin dəyişməməsi uğrunda mübarizə gedir. İsrail-Livan və İsrail-Fələstin arasında baş verənlərdən sonra bir sıra ölkələrin başqa yollara əl ataraq fərqli yanaşmalar sərgiləməsi isə mümkün görünür”.

Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il