"Meksika ötən il ABŞ-a ən böyük ixracatçı ölkə olub. Eyni zamanda ABŞ-dan da Meksikaya idxal kəskin şəkildə artıb”.
Crossmedia.az xaricə KİV-ə istinadən xəbər verir ki, bunu Meksikanın yeni prezidenti Klaudia Şeinbaum deyib.
“Buna görə də cənab Tramp Meksikadan idxala rüsum tətbiq edərsə, biz də Amerikadan idxala rüsum tətbiq edəcəyik"- deyə Meksika prezidenti əlavə edib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp qanunsuz miqrasiya, narkotik qaçaqmalçılığı ilə əlaqədar Meksika və Kanadadan idxal olunan bütün mallara 25 % rüsum tətbiq edəcəyinə söz verib.