Dünya xəbərləri

Döyüşlərdən qaçan minlərlə ukraynalı Kremlin nəzarətində olan ərazilərə qayıdıb, çünki Kiyev onlara mənzil və sosial yardım göstərməyib, tənqidçilər deyirlər. Misal olaraq Mariopol şəhərində artıq Ukrayna vətəndaşı olmuş sakinlərin 30%-i geri qayıdıb və onlar Rusiya vətəndaşlığını qəbul etməyə hazırdırlar.

Crossmedia.az xəbər verir ki, "The Times" bu barədə məqalə hazırlayıb.

Zelenskinin hakim partiyasından olan deputat Maksim Tkaçenko bildirib ki, Rusiyanın işğal etdiyi şəhər və qəsəbələrdən olan 150 minə yaxın insan Ukraynanın Kiyevin nəzarətində olan bölgələrində yeni həyat qurmaq cəhdlərindən əl çəkib. Onun sözlərinə görə, onların doğma şəhərlərinə qayıtmaqdan başqa çarələri olmayıb.

Ukraynalılar dövlətdən kifayət qədər yardım ala bilməyiblər, eyni zamanda nə mənzil, nə sosial dəstək, nə itkilərə görə kompensasiya, nə də iş. Ukraynalı rəsmilər bildirir  ki, məcburi köçkün olmuş ukraynalılar əmək bazarında “ayrı-seçkilik” və “skeptisizm”lə üzləşirlər.

Lakin Rusiya tərəfi Mariopola dönən sakinlərə sosial yardım verir, onları işlə təmin edir. Rusiya tərəfi qeyd edib ki, yaxın 6 ayda öz yerlərinə qayıtmayan sakinlərin evləri milliləşdiriləcək. Geri qayıdan sakinlər həmçinin öz evlərini əldə edə bilirlər. Yeni təmir edilmiş yaşayış məntəqələrinə qayıdanların sayı artır. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il