Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağır.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 26-sı saat 17:00-a olan məlumata əsasən, həmçinin Daşkəsən, Göygöl, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Qusar, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Kürdəmir, Xaçmaz, Ağdam, İsmayıllı, Neftçala, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada yağış yağır, Xınalıq, Şahdağda arabir qar yağır.
Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 19, Aran rayonlarında 12, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.