Yaxın şərq

İsrail İranın silah qaçaqmalçılığının qarşısını almaq üçün əməliyyatlar keçirib.

Crossmedia.az xəbər verir ki, İsrail ordusunun rəsmi “X” hesabında “İranın silah qaçaqmalçılığı marşrutunu pozmaq üçün genişmiqyaslı əməliyyatlar” başlıqlı paylaşım edilərək yazılıb ki, Tehran Suriyadakı gizli qaçaqmalçılıq yolları ilə onilliklər ərzində Hizbullaha silah ötürür.

“Hizbullahın idarəsində olan bu yollar Suriyanın hərbi anbarlarında minlərlə raket və digər silah hissələrinin saxlanması və daxili keçidlərdən daşınmasını əhatə edir. İsrail ordusu bu səyləri pozmaq üçün geniş əməliyyatlar həyata keçirib və gələcəkdə mülki İsrail vətəndaşlarına qarşı mümkün hücumların qarşısını almaq məqsədi ilə Hizbullahı silahlandırmaq üçün istifadə edilən əsas qaçaqmalçılıq yollarını hədəf alıb”, - deyə, qeyd olunub. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il