Dünya xəbərləri

NATO alyans ölkələri ilə silahlı münaqişə baş verəcəyi təqdirdə Rusiya ərazisinə qabaqlayıcı “yüksək dəqiqlikli zərbələr” endirməyi müzakirə edir. 

Crossmedia.az bildirir ki, bu barədə alyansın hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bildirib

O, NATO-nun müdafiə alyansı kimi mahiyyətinə münasibətini dəyişməsini müsbət adlandırıb. Bundan əlavə, "oturub hücuma məruz qalana qədər gözləmək" və yalnız bundan sonra reaksiya vermək lazım olduğu anlayışı dəyişib.

“Gözləmək yox, Rusiya bizə hücum edərsə, Rusiyada buraxılış qurğularını vurmaq daha ağıllıdır. Bizə hücum etmək üçün istifadə edilən sistemləri sıradan çıxarmaq üçün dəqiq zərbələrin kombinasiyası lazımdır və biz əvvəlcə zərbə endirməliyik”. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il