Hadisə

Tək valideynin bütün məsuliyyətləri üzərinə götürdüyü zaman övladlarının emosional aclığını yaşaması təəssüf ki, yayğın bir problemdir. Valideynlərin bu vəziyyətdə necə davranmalı olduğu, uşaqların sağlam və balanslı şəkildə inkişaf etməsinə necə kömək edə biləcəyi barədə dərin məlumatlar bu yazıda öz əksini tapır.

Mövzu ilə bağlı suallara cavab tapmaq və təcrübələrini öyrənmək məqsədilə psixoloq Aytən Ələkbərova Crossmedia.az-a açıqlamasında bildirib:

“Tək valideyn bütün məsuliyyətləri üzərinə götürdüyü zaman, uşağın emosional aclığını yaşadığını görərik. Bu vəziyyətdə valideynlər tez-tez özlərini günahkar hiss edirlər. Özlərinə “Mən nə etdim?”, “Harda səhvə yol verdim?“ suallarını verirlər. Belə valideynlərin uşaqları sosial fobiya yaşayır. Onlar valideynlərindən hər şeyi onların yerinə etmələrini gözləyirlər. Bu uşaqlar tez inciyir və tez küskün olurlar. Uğursuzluqlarla tez-tez qarşılaşırlar. Çox zaman isə günorta saat 3-4-ə qədər yatırlar, heç bir məsuliyyət daşımırlar”.

Psixoloq Aytən Ələkbərova bildirir ki, hətta o uşaqlar heç bir nailiyyət əldə edə bilmirlər.

“Tək valideyn tərbiyəsi görmüş uşaqlar, ailə məsuliyyətini belə daşıya bilmirlər.Bu vəziyyət təbiidir ki, emosional aclığın sosialda olan ən böyük problemlərdən biridir. Valideynlər övladlarının bütün məsuliyyətlərini üzərlərinə götürdükdə, uşaqlara ziyan vurmuş olurlar. Övladlarımız səhv etdikdə belə, onları səhvləri ilə birlikdə baş-başa buraxmaq lazımdır ki, onlar səhvlərdən nəticə çıxarsınlar və cəmiyyətdə ayaqda durmağı öyrənsinlər”.

Samirə Şərif

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il