Sağlamlıq

Şüurlu düşüncə cəmiyyət tərəfindən idarə olunan davranışlar, düşüncələr və duyğular hesab olunur. Şüuraltı düşüncə isə genetik kök yaddaşımızın bizə ötürdüyü hiss, duyğu, qorxu davranışlar və s. aiddir. 

Bu sözləri Crossmedia.az-a açıqlamasında psixoloq Əfsanə Rüstəmova deyib. O qeyd edib ki, insan beyninin təməl 2 funksiyası var. Bir həyatda qalma, ikincisi nəsil artırmadır. Geri qalan bütün davranışlarımız, bu 2 əsas missiyanın icrası üçündür. 

Psixoloq bu 2 təməl funksiyanın rolunu açıqlayıb:

"Bizə ola biləcək bütün təhlükələrdən qorunmaq üçün reflekslər verilib. Ya bizlər yaşadığımız müddətcə bu reflekslərimizi inkişaf etdirəcək və hissiyatı, instinktləri, özünü qoruma, həyatda qalma bacarığı daha yüksək şəxslərə çevriləcəyik, ya da bunu bizim yerimizə başqaları edəcək və bu duyğumuz korşalacaq. Təəssüf ki, çox zaman cəmiyyətdə analar uşaqlarının bu duyğularının inkişaf etməyinə imkan vermir. 

İkinci funksiya isə nəsil artırmaq, soyu davam etdirməkdir. Burada insan özü ölsə də, oğlunun, qızının soyunun davam etməsi, onun özünün də yaşayırmış kimi hiss etdirilməsinə gətirib çıxarır”.

Uşaqlarda susqunluq-Mutizm nədir? | Informator informasiya portalı

Müsahibimiz şüurlu və şüuraltı düşüncəni nümunəylə izah edib:

“İnsanlar bunları icra edə bilmək üçün özlərinə bir sistem düzəldib, bunun adına da “düşünmə” deyiblər. Bunu şüurlu və şüuraltı olmaqla 2 formaya ayırıblar. Məsələn, “mən yolu qırmızı işıqda keçsəm, maşın gəlib məni vuracaq və mənə zərər verəcək”. Şüuraltı isə deyir ki, mənim özümü qorumam üçün sadəcə qırmızıda keçməməyim önəmli deyil, eyni zamanda yola baxmalıyam, tempimi artırmalıyam, yolda başqa təhlükə varmı deyə, digər instinktlərimi hərəkətə keçirməliyəm. 

Amma bunlar sürətli və ani baş verdiyindən biz ancaq “qırmızıda keçmək olmaz” kimi səthi olan tərəfləri görürük. Yəni, əslində bizim “şüurlu düşünmə” adlandırdıqlarımız heç də belə deyil. Buna daha çox “öyrənilən düşünmə” deyilir”.

Əfsanə Rüstəmova hadisə yaddaşımızın 2 dataya əsaslandığından danışıb:

“Hadisə yaddaşımız 2 dataya əsaslanır. Biri genetik yaddaş- ulu babalarımızın davranışlarından bizə gələn hansısa qalıqlar və ya həyatımıza olan yansımalar, digəri isə doğulandan sonra- çevrənin təsiri ilə formalaşan düşüncələrimizdir. Məsələn, “böyüyə cavab qaytarmaq olmaz”. Niyə? Əslində elə bir qayda yoxdur. Amma bizə belə öyrədiblər. Bunlar cəmiyyətin xeyrinə xidmət edən düşüncələrdir”.

Ə. Rüstəmovanın sözlərinə görə ciddi fikirləşib reaksiyaların kökünü tapsaq və o kök hissəni dəyişsək, reaksiyamızı da dəyişə bilərik. Amma bunların hər ikisinin biz olduğunu, bir-birindən ayrılmamalı olduğunu öyrənmək, təcrübə etmək gərəkdir ki, insanlarda ikili şəxsiyyət formalaşmasın. 

Aysel Ağakərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il