İsrailin baş naziri Benyamin Netanyahu Hizbullah ilə atəşkəs razılaşmasını ilkin olaraq təsdiqləyib.
Crossmedia.az CNN-ə istinadla xəbər verir ki, Netanyahu bazar günü axşam saatlarında razılaşmanı ilk mərhələdə təsdiqləyib.
Onu da bildirək ki, İsrail hökuməti hələ də bəzi məsələlərə şübhə ilə yanaşır və əlavə müzakirələr tələb edir.
Həmçinin, İsrailin “Ynet” xəbər portalı İsrailin Livanda Hizbullah ilə atəşkəs razılaşmasını ilkin olaraq təsdiqlədiyini, amma bu son təsdiqin hökumət kabinetindən alınmalı olduğunu bildirmişdi.
Nəzrin Salmanova