Elm və təhsil

"Tələbə kartları dünyada artıq təcrübədən keçmiş və eyni zamanda tələbələr üçün xeyli imkanlar yaradan bir kartdır".

Bu sözləri Crossmedia.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. O qeyd edib ki, vahid tələbə kartına keçidlə bağlı Elm və Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən Təhsilin İnkişaf Fondu yeni bir layihəyə başlayıb:
 
"Artıq bununla bağlı universitetlərlə müvafiq müqavilələr imzalanır. Hesab edirəm ki, Azərbaycanda bu kartın istifadəyə verilməsi, tələbələr üçün bir çox əlavə imkanlar və güzəştlər yaradacaq. Əlbəttə ki, bu kart hələ yeni olduğuna görə, bəzi imkanları tam icra edilə bilməyəcək. Amma gələcəkdə bunun genişlənməsi, bütövlükdə tələbələr üçün xüsusi imtiyazlar və güzəştlərin bu kartın vasitəsi ilə həyata keçməsi reallaşacaq".
 
İ.Orucov "TələbəPlus" kartlarının müsbət cəhətlərindən bəhs edib:
 
"Tələbə kartları xarici təcrübədə, ictimai nəqliyyatlarda güzəştlərin əldə olunmasında, muzeylərə, müxtəlif iaşə obyektlərinə, restoranlara, kafelərə, hətta kitab satışı olan mağazalara belə xüsusi olaraq tələbələrin, endirim əldə etməsi imkanı yaranır. Yəni, bu kartı daşıyan adam üçün konkret məkanlarda xüsusi güzəştlər olacaq. Bu da sosial baxımdan həssas təbəqə olan tələbələrin müəyyən xərclərinin qarşılanmasında, onlara edilən güzəştlər baxımından əlavə imkanlar yaradacaq. Bu tamamilə sosial layihədir. Təhsilin İnkişaf Fondunun başladığı bu işə çox böyük ümidim var".
 
İlqar Orucov bu layihənin Təhsilin İnkişafı Fondu çərçivəsində ən uğurlu işlərdən biri olduğunu vurğulayıb:
 
"Hesab edirəm ki, bu bütövlükdə fondun ən yaxşı layihələrindən biri kimi uğurlu olacaq və tələbələr həqiqətən bu kartın imkanlarından gələcəkdə daha geniş şəkildə istifadə edəcəklər. Qeyd etdiyim kimi bu yenidir və kart istifadəyə veriləndən sonra fond həm də ayrı-ayrı qurumlarla, onların bu karta imkanları çərçivəsində güzəştlər edə bilərlərsə, onlarla əməkdaşlıq edir, danışıqlar aparırlar.
Burada faydalı olan digər bir məqam odur ki, tələbələrin təhsil alma formasından asılı olmayaraq, yəni əyani və ya qiyabi, dövlət şifarişi və ya ödənişli kimi, tələbələr bu kartın imkanlarından faydalana biləcəklər. Ümid edirəm ki, sosial baxımdan həsas təbəqə olan tələbələr üçün bu imkanın yaradılması onlara təhsil aldıqları müddətdə, əlavə həm imkanlar həm də stimul yaradacaq".
 
Aysel Ağakərimova 
 
 
 
 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il