Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya rəsmi səfərə gələn NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülər iştirak ediblər.
Bundan əvvəl Rutte jurnalistlərə açıqlamasında terror təhlükəsi, Ukraynadakı müharibə və Yaxın Şərqdəki böhran da daxil olmaqla əsas qlobal çağırışları müzakirə etmək üçün Ərdoğanla görüşü səbirsizliklə gözlədiyini bildirib.
Qeyd edək ki, Ankara səfəri Ruttenin oktyabrda NATO-nun baş katibi vəzifəsinə təyin olunduqdan sonra Türkiyəyə ilk rəsmi səfəridir.
Onun xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülər ilə görüşləri gözlənilir.
Ruttenin səfəri çərçivəsində Türkiyə müdafiə sənayesinin nümayəndələri ilə görüşlər və Türkiyənin aparıcı təyyarə istehsalçısı olan TUSAŞ-ın müəssisələrinə səfər də daxildir.