Türkiyə Nazirlər Kabineti 15 günlük fasilədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanının sədrliyi ilə iclas keçirəcək.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, iclasın gündəliyində iqtisadiyyat, terrorizmə qarşı mübarizə, daxili və xarici siyasətdəki son inkişaflarla bağlı məsələlər yer alacaq.
Həmçinin, toplantıda Rusiya-Ukrayna münaqişəsindəki cari vəziyyət və Yaxın Şərqdə artan gərginliklər müzakirə ediləcək.
Qeyd edək ki, iclas başa çatdıqdan sonra Ərdoğanın xalqına müraciət etməsi gözlənilir.
Nəzrin Salmanova