İqtisadiyyat

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərclərinin strukturunda dəyişikliklər gözlənilir.

Crossmedia.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, büdcənin əsaslı xərclərinin 8,1 % azalması, əvəzində cari xərclərinin 7,7 %, dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin isə 85,2 % artması proqnozlaşdırılır: "Son nəticədə gələn il cari xərclərin büdcə xərclərindəki payı 60 %-ə yüksələcək. Artım tempinin ortamüddətli dövrdə də davam edəcəyi gözlənilir. Hesab edirik ki, bu vəziyyətdə cari xərclərin optimallaşdırılması üçün büdcə-vergi siyasətində dəyişikliklərə baxılması vacibdir”.

Sədr həmçinin bildirib ki, qeyri-resurs gəlirlərinin cari xərclərə nisbəti azalmaqda davam edəcək: “Təhlillər göstərir ki, qeyri-resurs gəlirlərinin cari xərclərə nisbəti 78,7 % olacaq. Müdafiə xərclərinin qeyri-neft-qaz gəlirlərinə nisbəti isə 126,3 % təşkil edəcək".

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il