ABŞ Ali Məhkəməsi "Meta"ya qarşı, Kembric Analitika siyasi məsləhət firmasıyla bağlı gizlilik qalmaqalından qaynaqlanan milyardlarca dollarlıq cinayət işinin davam etməsinə icazə verdi.
Hakimlər noyabr ayında "Meta"nın iddianı bağlamaq təklifi ilə bağlı arqumentlərini dinlədilər. İlk etapda bu işi ələ almağın yalnış olduğuna qərar verdilər.
Ali məhkəmə şirkətin etiraz şikayətini rədd edərək, işin davam etdirilməsinə icazə verən apellyasiya qərarını qüvvədə saxladı.
İnvestorlar, "Meta"nın 2016-cı ildə Donald Trampın ilk uğurlu respublika prezidentlik kampaniyasını dəstəkləyən Kembric Analitika adlı firma tərəfindən "Facebook" istifadəçilərinin şəxsi məlumatlarının mənfiyə istifadə olunması risklərini tam olaraq açıqlamadığını iddia edirlər.
İnvestorlar ictimaiyyətin gizlilik qalmaqalının ölçüsünü öyrəndikdən sonra 2018-ci ildə şirkət hissələrinin qiymətində iki dəfə əhəmiyyətli azalmanın yaşanmasına açıqlamaların kifayət qədər olmamasının yol açdığını bildirib.
"Meta" əvvəllər 5,1 milyard dollar cərimə ödəyib və istifadəçilərlə 725 milyon dollarlıq məxfilik razılaşmasına nail olub.
Kembric Analitikanın Trampın siyasi strategiyaçısı Stiv Binon ilə əlaqələri var idi. Təxminən 87 milyon "Facebook" istifadəçisinin şəxsi məlumatlarına daxil olmaq üçün Facebook proqram tərtibatçısına pul ödəmişdi. Bu məlumatlar daha sonra 2016-cı il seçimləri zamanı ABŞ seçicilərini hədəf almaq üçün istifadə edilib.
İddia texnoloji şirkətlərə qarşı klassifikasiya iddiaları ilə bağlı iki yüksək məhkəmə işindən biridir. Ədliyyələr də Nvidia-ya qarşı qaldırılan iddiaların bağlanıb-bağlanmaması mövzusunda müzakirələr aparırlar. İnvestorlar deyirlər ki, şirkət onları uçucu kriptovalyutanın çıxarılması üçün kompüter çiplərinin satışından asılılığı ilə bağlı yanıltdı.
Tərlan Əmrahova