Dünya xəbərləri

Radikal sağçı və Rusiya tərəfdarı namizəd Kalin Georgesku Rumıniyada keçirilən prezident seçkilərinin ilk turunda gözlənilməz liderliyə sahibdir. İlkin nəticələrdə Georgesku mərkəz-sağçı Elena Laskonini 350 min səslə üstələyir, Baş nazir Marsel Çiolaku isə üçüncü yerdədir.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Georgesku, heç bir partiya üzvü olmadan, əsasən TikTok platformasında apardığı kampaniyası ilə diqqət çəkib və bu nəticə seçkilərin ən böyük gözlənilməz hadisəsi kimi qəbul edilir. İkinci turda, 8 dekabrda, onun əsas rəqibi Laskoni olacaq. Çiolaku isə yarışdan kənarda qalır.

Analitiklər Georgeskunun qazandığı dəstəyi sorğulara zidd, misilsiz bir yüksəliş kimi qiymətləndirirlər. Georgesku Avropa İttifaqı və NATO-ya olan "tabesizlik" siyasətinə son qoyacağını, xüsusilə də Ukraynaya verilən dəstəyin dayandırılacağını vəd edir. 

Rumıniyada prezidentin rolu simvolik olsa da, xarici siyasət sahəsində təsir gücünə malikdir. Səsvermə faizi 51% olub ki, bu da əvvəlki seçkilərlə eyni göstəricidir.

Elnurə Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il