Dünya xəbərləri

İsrail təyyarələri Beyrutun cənub kənarlarına hücum edib. Bundan əvvəl İsrail hərbçiləri Harat Hreyk bölgəsinin sakinlərinə təxliyyə edilməli olduğu barədə xəbərdarlıq etmişdilər.

Crossmedia.az xəbər verir ki, Hizbullah gündə 51 hücum, o cümlədən hərbi bazalara, kazarmalara və İsrail ordusunun mövqelərinə hücumlar təşkil etdiyini açıqlayıb.

Xarici KİV-in məlumatına görə, İsrail Livanda Hizbullahın infrastrukturunu məhv etməyə davam edir və həmçinin ölkənin cənubunda quru reydləri həyata keçirir. Buna cavab olaraq Hizbullah yaraqlıları hər gün İsrail ərazisini atəşə tutur.

Qeyd edək ki, mümkün atəşkəslə bağlı danışıqlar aparılır. CNN-in məlumatına görə, tərəflər razılığa yaxındırlar, lakin o, hələ rəsmiləşdirilməyib. ABŞ prezidentinin müşaviri Amos Hokşteyn daha əvvəl deyib ki, İsrail atəşkəs təklifinə cavab verməsə, vasitəçiliyə son verəcək.

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il