Avropa

ABŞ-da hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl Baydenin ABŞ-nin uzaqmənzilli silahları ilə Ukraynanın Rusiyaya zərbə endirməsinə icazə verməsi və bir çox Avropa ölkələrinin belə bir qərarı dəstəkləməsi Rusiya tərəfini qıcıqlandıran məqamlar sırasında yer alır. Bu baxımdan da, Vladimir Putin baş verən proseslərə səssiz qalmayaraq, əvvəlcə Xarici İşlər Nazirliyi səviyyəsində, ardınca özünün bir sıra açıqlamaları ilə qarşı tərəfə, xüsusilə də ABŞ və Qərb dövlətlərinə müəyyən xəbərdarlıqlar etdi. Elə belə xəbərdarlıqlardan biri də V. Putinin yaxın günlərdə etdiyi açıqlamada "ABŞ və onun NATO müttəfiqləri Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etmək qərarı ilə eskalasiya kursunu davam etdirdilər. Rusiya münaqişənin gərginləşməsinə qəti cavab verəcək, ona qarşı hərbi kontingentini yaradan ölkələrin hakim elitaları bu barədə düşünməlidirlər"-deyə qeyd etməsidir. Bu isə özlüyündə belə bir sual doğurur: Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə Putinin qeyd etdiyi fikirlər, müharibənin taleyində hansı rola malikdir?

Mövzu ilə bağlı politoloq Qalib Ağayev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, bu müharibəni Rusiya başladıb və Ukrayna ərazisini işğalı məsələsi eyforiyadan başqa heç nə deyil:

"Rusiya-Ukrayna müharibəsinin ilkin vaxtlarında Putinin söylədiklərini Qərb daha çox ciddiyə alırdı, lakin artıq bu adi bir hal alıb, inandırıcı deyil. Münaqişədə uzaqmənzilli raketlərdən istifadə ilə bağlı isə hələ müxtəlif dövrlərdə bir sıra sazişlərə qol çəkilib və belə bir münaqişədə sözügedən silahlardan ilk olaraq Rusiya istifadə etdi. Putin Ukraynanın Rusiya dərinliklərinə zərbə endirəcəyi təqdirdə, daha sərt şəkildə cavab verəcəyini söyləyir. Bu gün onun "Oreşnik" ballistik raketlərindən istifadəsi məhz nüvə silahından istifadəyə təkan verici amillərdəndir. Rusiyanın ABŞ və Qərb dövlətləri ilə bağlı hədə-qorxularına Avropa ölkələrinin hər bir hala hazır olması ilə bağlı cavabları özü də qarşı tərəf üçün çaşdırıcı məqamlardandır. Putin ABŞ və Qərb dövlətlərini belə bir münaqişədə silahların istifadəsindən çəkinməyə çağırır, lakin özü Ukrayna ərazilərindən çəkinməyib, ağır silahlardan istifadə edir".

Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar artıq özünü göstərməyə başlayıb:

"Hazırda Ukrayna da hərbi-sənaye inkişaf edib ki, bu da məhz ABŞ və Qərb qüvvələrinin texnoloji, silah-sursat və maddi baxımından yardımı sayəsində baş verir. Rusiya isə durmadan yeni ərazilər zəbt etmək uğrunda səy göstərir, lakin ölkədə mövcud çətin iqtisadi vəziyyət ələ keçirilən torpaqlarda yeni işlər üçün əlverişli deyil".

Aytac Kərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il