Çoxşaxəli artımları nəzərdə tutan sosial tədbirlər paketi həyata keçiriləcək. Gələn il minimum əməkhaqqı və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır.
Crossmedia.az Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
Komitə sədri vurğulayıb ki, sosial paket ümumilikdə 3 milyon insanı əhatə edəcək.
O əlavə edib ki, növbəti il üçün inflyasiyanın 4,6 faiz olması proqnozlaşdırılır.