Nigeriyada uşağı olmayan çarəsiz cütlükləri hədəf alan dələduzlar “15-ci ay hamiləliyi” kimi uydurmalarla onları aldatmağa çalışırlar. Bu iddiaya görə, qadınlar möcüzəvi və ya magik qüvvələr nəticəsində 9 aydan daha uzun müddət hamilə qalır.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, dələduzlar xüsusi mərasimlər və saxta tibbi sübutlarla qadınlara möcüzəvi uşaq doğacaqlarına dair vədlər verirlər. Bu üsullar uşağı olmayan ailələrə psixoloji təzyiq yaradır və onların ümidsizliyindən sui-istifadə edilməsinə yol açır.
Qeyd edək ki, belə dələduzluqlar ailələrdə inam itkisindən tutmuş ciddi emosional və maliyyə problemlərinə səbəb ola bilər.
Gültac Mehdizadə