CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Himalay Məmişov

11:32 12.11.2026

Azərbaycanda gələn il mədəniyyət xərclərinin məbləği açıqlandı

42

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə ayrılması nəzərdə tutulan 643 milyon manat vəsaitin 239 milyon manatı və yaxud 37 %-i kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin, teatrların, musiqi kollektivlərinin saxlanılmasına yönəldiləcək. Crossmedia.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib. "Həmin vəsaitin 68,4 milyon manatı və yaxud 11 %-i televiziya, radio və nəşriyyat xərclərinə, 49 milyon manatı və yaxud 7,5 %-i bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı və yaxud 3,5 %-i yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərin, 264 milyon manatı və yaxud 41 %-i isə bu sahələrdə digər müəssisə və tədbirlərlə (mərkəzləşdirilmiş mədəniyyət tədbirləri, mühasibatlıq, mədəniyyət obyektlərinin təmiri, maddi texniki təminatın gücləndirilməsi və s.) bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək", - deyə o qeyd edib.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər