CROSSMEDIA - Analitik İnformasiya Portalı

İqtisadiyyat

18:25 18.05.2026

Hantavirus barədə bizi aldadırlar?- Vaksini var, amma...

113

Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bu barədə Crossmedia.az-a danışıb: “Bəşəriyyətdə heç sənə səbəbsiz və birdən – birə olmur. İstənilən prosesin arxasında nəsə dayanır. Qədim filosoflər, alimlər də bunu təsdiqləyirlər. Təbiətdə minlərlə virus və mikroblar var. İnsanlar iki min 500 ildən çoxdur o viruslarla yaşayır. Amma səhiyyə o qədər inkişaf edib ki, bu xəstəliklərin çoxunun yayılmasının qarşısı alınır. Məsələn, XVI- XVII əsrlərdə yayılmış, çoxlu insan tələfatına səbəb olmuş xəstəliklər indi elə də təhlükəli deyil. Bəzi xəstəliklər, o cümlədən xərçəng isə hələ tam həllini tapmayıb. Amma bu istiqamətdə də uğurlu addımlar atılır. Səhiyyə də bazar iqtisadiyyatı şəraitində inkişaf edir. Ona görə bəzi neqativ hallar hələ mövcuddur. Məsələn, dünyada 15 faizə qədər insan şəkər xəstəsidir. Aparıcı səhiyyə ocaqları diabetin qabağını tam ala bilərlər. Lakin dünyada 4- 5 nəhəng farmakoloji kampaniya var ki, onlara bu xəstəliyin kökündən həlli sərf etmir. Onların maraqlarına uyğun olan fəsadları yüngüllüşdərmək üçün külli miqdarda bahalı preparatlardan istifadədir. Bəzi farmakoloji kampaniyalar müəyyən xəstəliklərin tam müalicəsini gizlədirlər. Məsələn, diabetin tam həlli var. Hər il hərbi xərclərə trilyonlarla vəsait gedir. Bu rəqəm intensiv şəkildə artır”.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR