Ən inkişaf etmiş ölkələrdə də falçılara inam 80% dir
Texnologiyanın sürətlə inkişaf etdiyi, süni intellektin həyatımızın bir çox sahəsinə daxil olduğu müasir dövrdə insanların falçılara müraciət etməsi və onların verdiyi “proqnozlara” inanması hələ də aktual olaraq qalır. Bəzi insanlar hətta falçıların söylədiklərinə uyğun qərarlar verir və həyatlarını bu “proqnozlar” əsasında istiqamətləndirirlər.
Mövzu ilə bağlı sosioloq Mail Yaqub Crossmedia.az-a bildirib ki, falçılara inanmaq təkcə inkişaf etməmiş cəmiyyətlərə xas deyil.
Onun sözlərinə görə, hətta inkişaf etmiş Avropa ölkələrində də insanlar falçılara inanırlar:
“Qəribədir. Hətta inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində belə insanlar falçılara inanırlar. Bu nə ilə bağlıdır? Psixoloqlar deyirlər ki, insanlar 80–90 faiz qərarlarında məntiqə yox, hisslərinə inanırlar”.

M.Yaqub qeyd edib ki, xüsusilə o insanlar ki, onlar kitabdan, elmdən, bilikdən, intellektdən uzaqdırlar:
“Adi insanların 80–90 faizi qərarlarında rasionallığa, məntiqə əsaslanmırlar, hisslərinə əsaslanırlar. Falçılar onların keçmişindən, gələcəyindən danışırlar. Bu insanlara maraqlı və cazibədar gəlir. Ona görə falçılara inam, onların fırıldaqçı hərəkətlərinə inam, təəssüflər olsun ki, nə qədər cəmiyyət inkişaf eləsə də, yenə də yerində qalır və dəyişməyəcək”.
Zərnigar Hüseynli
16:30 17.08.2026
Oxunuş sayı: 46