Rusiya 72 Ukrayna PUA-sının vurulduğunu açıqladı
Rusiya hava hücumundan müdafiə qüvvələrinin ölkə ərazisi və iki dənizin akvatoriyası üzərində 72 Ukrayna PUA-sını aşkarlayaraq məhv etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatları Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək Belqorod, Bryansk və Kursk vilayətləri, Krım Respublikası, həmçinin Azov və Qara dənizlərin akvatoriyası üzərində vurulub. Bildirilir ki, bütün PUA-lar təyyarə tipli olub.
22:34 16.08.2026
Oxunuş sayı: 77