Hindistanın müdafiə katibi Ermənistana rəsmi səfər edib
Hindistanın müdafiə katibi Rəcəsh Kumar Singh avqustun 16-da rəsmi səfərlə Ermənistana gedib.
Crossmedia.az xəbər verir ki, "News.am" Ermənistan Müdafiə Nazirliyinə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, Singh-in səfəri çərçivəsində Ermənistan və Hindistan arasında müdafiə əməkdaşlığı məsələlərinin müzakirəsi gözlənilir. İki ölkə son dövrdə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində əlaqələri intensivləşdirib
19:43 16.08.2026
Oxunuş sayı: 56