Dələduzluq şəbəkəsinə qarşı əməliyyat: 174 nəfər həbs edildi
Türkiyədə 15 vilayətdə keçirilən əməliyyatlar zamanı vətəndaşları ümumilikdə 523 milyon lirə məbləğində aldadan 244 şübhəli saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, şübhəlilər sosial media və saxta internet saytlarında avtomobil, ev, ehtiyat hissələri satışı və avtomobil kirayəsi ilə bağlı elanlar yerləşdirib. Onların həmçinin yüksək gəlir vədi verdiyi, özlərini dövlət və ya bank əməkdaşı kimi təqdim edərək vətəndaşları aldatdığı müəyyənləşdirilib.
Saxlanılan şəxslərdən 174-ü barəsində həbs qətimkan tədbiri seçilib, 54 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digər şübhəlilərlə bağlı istintaq və prosessual tədbirlər davam etdirilir.
Bundan başqa, Maliyyə Cinayətləri Araşdırma Şurasının (MASAK) hesabatlarında şübhəlilərlə bağlı əməliyyatların ümumi həcminin 10 milyard 500 milyon lirə olduğu müəyyən edilib.
12:28 01.10.2026
Oxunuş sayı: 50