Rusiya: Odessanın şərqində silah daşıyan gəmi vurulub
Qara dənizin Odessa şəhərindən şərqdə yerləşən akvatoriyasında Ukraynaya Qərb silahları daşıdığı bildirilən quru yük gəmisinin vurulduğu açıqlanıb. Məlumatı Rusiya Müdafiə Nazirliyi (RMN) yayıb. Nazirlik gəminin Ukraynaya Qərb istehsalı silah çatdırdığını iddia edib.
Crossmedia.az RMN- nə istinadən xəbər verir ki, Qara dənizin Odessa şəhərindən şərqdə yerləşən hissəsində Ukraynaya Qərb silahları daşıyan quru yük gəmisi vurulub.
Nazirlik hadisənin digər detalları, gəminin hansı ölkəyə məxsus olması və zərbənin nəticələri barədə əlavə məlumat verməyib.
19:00 16.08.2026
Oxunuş sayı: 59