Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu olub
İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Alfaco Sisse avrokubok matçında het-trik edən ən gənc italiyalı futbolçu olub.
Crossmedia.az "Opta"ya istinadən xəbər verir ki, o bunu UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda, "Zaltsburq"a qarşı matçda (4:0) reallaşdırıb.
Sisse 19 yaş 358 günlüyündə het-trikə imza atıb.
Əvvəlki göstərici cəmi iki gün əvvəl "Brügge"nin (Belçika) hücumçusu Nikolo Trezoldi tərəfindən müəyyənləşdirilmişdi. O, çərşənbə axşamı UEFA Çempionlar Liqasında A Seriyasının digər təmsilçisi "İnter"lə oyunda (4:3) 22 yaş 54 günlüyündə het-trikə imza atmışdı
Qeyd edək ki, N.Trezoldinin nəticəsinə qədər rekord 1997/1998 mövsümündə Çempionlar Liqasının yarımfinalında "Monako" ilə görüşdə (4:1) üç dəfə fərqlənən Alessandro Del Pyeroya (23 yaş 144 gün) məxsus idi.
10:26 16.10.2026
Oxunuş sayı: 52