Trampın kürəkəni İsrailə gedir: Kuşnerin səfərinin DETALLARI
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin yaxın günlərdə ABŞ nümayəndə heyətinin tərkibində İsrailə səfər edəcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, İsrail hökumətindəki mənbə bu barədə “RİA Novosti”yə məlumat verib.
Mənbənin sözlərinə görə, Kuşnerin Qüdsə səfəri yaxın günlərdə gözlənilir. O, avqustun 16-da Misirdə HƏMAS liderləri ilə görüşüb və təşkilatın silahlarını təhvil vermə öhdəliyini yerinə yetirməsinə çağırıb. Görüşdə HƏMAS-ın siyasi lideri Xəlil əl-Həyyə, Misir kəşfiyyatının rəhbəri Həsən Rəşad, Qətər diplomatı Əli əl-Təvadi və Türkiyədən yüksəkvəzifəli şəxsin iştirak etdiyi bildirilib.
22:45 16.08.2026
Oxunuş sayı: 59