Ermənistanın KTMT-də iştirakı ilə bağlı qərar verilməlidir
KTMT-nin baş katibi Taələtbek Masadıykov Ermənistanın təşkilatda iştirakının gələcək perspektivləri ilə bağlı qərarın “məqbul müddətdə” qəbul edilməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Masadıykov RİA Novosti-yə açıqlamasında deyib.
“Ermənistanın KTMT-də iştirak perspektivləri ilə bağlı qərarın məqbul müddətdə qəbul edilməsindən çıxış edirik”, – deyə baş katib bildirib.
Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurub. Baş nazir Nikol Paşinyan bunu 2021-2022-ci illərdə kollektiv təhlükəsizlik sazişinin Ermənistanla bağlı öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqələndirib.
Bundan əvvəl Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev Ermənistanın təşkilatdakı səsvermə hüququndan məhrum edilməsinin bütün üzv dövlətlərin konsensusunu tələb etdiyini bildirib. Onun sözlərinə görə, məsələ noyabrın 11-də Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında müzakirə oluna bilər.
KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
22:04 16.08.2026
Oxunuş sayı: 49