Birlikdə gəzmək münasibətləri möhkəmləndirir
Cütlüklərin birlikdə idman etməsi ünsiyyəti yaxşılaşdırır, münaqişələri daha asan həll etməyə və münasibətlərdə stressi azaltmağa kömək edir.
Crossmedia.az xəbər verir ki, "Daily Mail" araşdırmaya istinadən bu barədə məlumat yayıb.
Tədqiqatın nəticələrinə görə, ən yaxşı nəticəni ağır və yorucu məşqlər deyil, birlikdə edilən adi gəzintilər göstərib.
Mütəxəssislər bildirirlər ki, gəzinti zamanı tərəfdaşlar daha çox ünsiyyət qurur, bir-birini daha yaxşı dinləyir və qarşılıqlı dəstək hissini daha çox yaşayırlar.
Tədqiqatçılar vurğulayırlar ki, birlikdə idman münasibətlərdəki problemləri avtomatik həll edən vasitə deyil. Bununla belə, cütlüklərin müntəzəm olaraq birlikdə vaxt keçirməsi üçün sadə və faydalı üsuldur.
19:23 16.08.2026
Oxunuş sayı: 58