Donetskə PUA hücumu - 1 nəfər ölüb, 10 nəfər yaralanıb
Donetsk Xalq Respublikasında (DNR) Ukrayna PUA-larının hücumları nəticəsində bir nəfərin öldüyü, daha 10 nəfərin yaralandığı bildirilir.
Crossmedia.az xəbər verir ki, DNR rəhbəri Denis Puşilin bu barədə açıqlama verib. Məlumatı “RİA Novosti” yayıb.
Puşilinin sözlərinə görə, hücumlar nəticəsində xəsarət alanların hamısı regionun mülki sakinləridir. Hadisələrin müxtəlif ərazilərdə baş verdiyi bildirilib.
Məlumatın yalnız DNR rəhbərliyinin açıqlamasına əsaslandığını və qarşı tərəfin bununla bağlı mövqeyinin təqdim edilmədiyini qeyd etmək lazımdır.
23:46 16.08.2026
Oxunuş sayı: 49