Zimbabvedə bərə faciəsi: ölənlərin sayı 80-ə çatdı
Zimbabvedə Kariba su anbarında bərənin aşması nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" Zimbabve polisinin açıqlamasına istinadən bu barədə məlumat yayıb.
Hadisə avqustun 11-də güclü külək və dalğalanma zamanı baş verib. Bərənin göyərtəsində olan insanların dəqiq sayı hələ müəyyən edilməyib.
Son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatı davam edir. Xilasedicilər göldə itkin düşənlərin axtarışını və meyitlərin çıxarılmasını həyata keçirirlər.
19:12 16.08.2026
Oxunuş sayı: 52