"Mançester Siti"yə cəza tətbiq olunarsa, Fil Foden "Bavariya"ya keçə bilər
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Fil Foden qış transfer dönəmində klubunu dəyişə bilər.
Crossmedia.az xəbər verir ki, "TEAMtalk"a istinadən xəbər verir ki, "Bavariya" 26 yaşlı vingerlə maraqlanır.
Münhen təmsilçisi "şəhərlilər"ə sərt cəza tətbiq olunacağı halda ingiltərəli oyunçunu heyətinə qatmağa hazırdır. Almaniya çempionunun baş məşqçisi Vinsent Kompani Fodeni komandasında görmək istəyir.
"Mançester Siti" Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən 115 ittihamdan 144-də təqsirli bilinib.
Xatırladaq ki, Fil Fodenin klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.
17:47 01.10.2026
Oxunuş sayı: 35