Moskva və Vaşinqton arasında buzlar əriyir, yoxsa yeni gərginlik başlayır?
15 avqust Rusiya və ABŞ prezidentlərinin Ankoricdə keçirilən sammitinin ildönümüdür.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir.
Ötən il baş tutan görüş Ukrayna münaqişəsinin nizamlanması və Moskva-Vaşinqton münasibətlərinin normallaşması istiqamətində ciddi ümidlər yaratmışdı.
Lakin hazırda həm siyasi dairələrdə, həm də ekspert mühitində Ankoric ruhu ifadəsinə daha çox şübhə ilə yanaşılır. Sual doğuran əsas məqam isə sammit zamanı yaranan dialoq impulsunun qorunub-qorunmamasıdır.
Məqalədə qeyd olunur ki, Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında keçirilən görüşün əsas nəticəsi iki böyük dövlət arasında dialoqun yenidən başlaması olub.
Məlumata görə, sammitdən sonra Rusiya və ABŞ diplomatları arasında müntəzəm danışıqlar bərpa edilib, BMT çərçivəsində kibertəhlükəsizlik kimi sahələrdə əməkdaşlıq imkanları yaranıb. Həmçinin biznes əlaqələrinin və siyasi təmasların aktivləşdiyi bildirilib.
Məqalədə vurğulanır ki, ABŞ-də Rusiyaya qarşı sərt mövqelər hələ də qalır və hərbi-sənaye kompleksi ilə bağlı maraq qrupları Ukrayna məsələsi üzrə maliyyələşmənin davam etdirilməsinə çalışır. Buna görə də münasibətlərdə sürətli istiləşmənin çətin olduğu qeyd edilir.
Ukrayna məsələsinə toxunan müəllif bildirir ki, Ankoric sammiti münaqişənin tam həllinə gətirib çıxarmayıb. Bununla belə, Rusiya tərəfinin diplomatik razılaşmalara sadiq qaldığı iddia olunur.
Məqalədə qeyd edilir ki, Ukraynadakı vəziyyət son bir il ərzində dəyişib və istənilən gələcək danışıqlarda yeni reallıqların nəzərə alınmalı olduğu vurğulanır.
Yekunda isə bildirilir ki, Moskva Ukrayna münaqişəsinin siyasi-diplomatik yolla başa çatdırılmasını prioritet hesab edir, lakin ABŞ-dan hər hansı hədiyyə gözləmədiyini açıqlayır.
00:30 17.08.2026
Oxunuş sayı: 61