Rusiya MN: Bir gün ərzində 221 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin sutka ərzində ölkə ərazisi, eləcə də Qara və Azov dənizləri üzərində 221 Ukrayna pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirliyin yaydığı məlumata görə, PUA-lar Rusiya regionları üzərində və dəniz akvatoriyaları istiqamətində qeydə alınıb.
Rusiya tərəfinin açıqladığı məlumatları Ukrayna tərəfi təsdiqləməyib. Döyüş bölgəsindəki itkilər və vurulan hədəflərlə bağlı məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
23:40 14.08.2026
Oxunuş sayı: 38