Zelenskidən xəbərdarlıq: Ukrayna Rusiyanın gizli planlarını üzə çıxarıb
Ukrayna kəşfiyyatı Rusiyanın gələcək planları barədə yeni məlumat əldə edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Kiyev artıq mümkün ssenarilərə qarşı tədbirlər və asimmetrik cavab addımları hazırlayır.
Dövlət başçısının sözlərinə görə, keçirilən Ali Baş Komandanlıq Qərargahının iclasında Ukrayna ordusunun ehtiyacları, silah istehsalının sürətləndirilməsi, zərbə vasitələrinin artırılması və yeni müdafiə texnologiyalarının hazırlanması məsələləri müzakirə olunub.
Zelenski xüsusilə reaktiv ələkeçirici sistemlərin inkişafının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, əsas məsələlərdən biri payız-qış dövründə Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsidir.
“Kəşfiyyat orqanları Rusiyanın planları ilə bağlı yenilənmiş məlumat təqdim edib. Biz qarşı tədbirlər və asimmetrik cavablarımızı hazırlayırıq”, – deyə Zelenski bildirib.
Ukrayna Rusiyaya qarşı uzaqmənzilli sanksiyaları təhlil edir
Ukrayna prezidenti, həmçinin Rusiyaya qarşı tətbiq edilən uzaqmənzilli və orta məsafəli sanksiyaların nəticələrinin təhlil edildiyini qeyd edib.
Onun sözlərinə görə, sanksiya planı icra olunur və prioritetlər Ukraynanın qarşıya qoyulan məqsədlərinə tam uyğunlaşdırılır.
Bundan əlavə, Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenkonun əlavə diqqət tələb edən istiqamətlər üzrə məruzəsini dinləyib.
Xüsusi xidmət orqanları isə işğal olunmuş ərazilərdə, o cümlədən Sevastopolda Ukraynaya qarşı hücumlarda iştirak edən kollaborasionistlərə qarşı aparılan xüsusi əməliyyatların vəziyyəti barədə məlumat verib.
23:14 14.08.2026
Oxunuş sayı: 42