Rusiya MN-dən yeni açıqlama: Odessa limanında hədəf vurulub
Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Odessa limanında yanacaq çəninə, eləcə də Cənub limanında Ukrayna Silahlı Qüvvələrinə məxsus silah və hərbi texnika anbarına zərbə endirdiyini bildirib.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, hücumlar nəticəsində Ukrayna ordusuna məxsus hərbi obyektlər hədəfə alınıb. Rusiya Müdafiə Nazirliyi əməliyyatın təfərrüatlarını açıqlamayıb.
18:53 14.08.2026
Oxunuş sayı: 42